ELM VƏ TƏHSİL
“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbulu aparılır
Bakı, 18 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında “Qarabağın tarixi-mədəni irsi” adlı respublika elmi konfransı keçiriləcək. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected] və [email protected] ünvanlarına göndərilməlidir.
Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.
Məruzələrin tərtibatına dair tələblər muzeyin saytında yerləşdirilib.