ELM VƏ TƏHSİL
Qaradağ rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycanda təhsilin inkişafı, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində görülmüş işlərdən danışıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan E. Abbasov dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Heydər Əliyev Fondunun təhsil üzrə reallaşdırdığı layihələrin əhəmiyyətini diqqətə çatdırılaraq bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəblər proqramı” çərçivəsində respublikamızda çoxlu sayda məktəb binaları tikilib və əsaslı təmir olunub.
Çıxış edənlər təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonra təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim rayon icra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.