DÜNYA
Qarətçi keniyalı aktrisanın 150 min dollarlıq paltarını geri qaytarıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Los-Anceles polisi Oskar mükafatı laureatı keniyalı aktrisa Lyupita Nionqonun mehmanxana nömrəsindən oğurlanmış mirvari ilə bəzədilmiş paltarını tapıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, aktrisa “12 il köləlikdə” filmində ən yaxşı ikinci plan qadın roluna görə aldığı “Oskar” mükafatının təqdimetmə mərasimində səhnəyə bu geyimdə çıxmışdı. Calvin Klein dizayn studiyasının xüsusi sifarişlə hazırladığı və 6 min ağ mirvari ilə bəzədilmiş geyim təxminən 150 min dollar məbləğində qiymətləndirilirdi.
Oğurlanmış paltar haqında məlumatı polisə tanınmış insanların dedi-qodusunu toplamaqla məşğul olan TMZ saytının əməkdaşları veriblər. Onlara zəng edən naməlum şəxs paltarı oğurladığını, lakin geyimdə istifadə edilən mirvarilərin saxta olduğunu gördükdən sonra onu gətirib mehmanxanaya qoyduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]