İQTİSADİYYAT
Qarsda logistik mərkəzin layihəsi 2011-ci ilin investisiya proqramına daxil edilmişdir
Bakı, 15 yanvar (AZƏRTAC). Türkiyə Dövlət Dəmir Yollarının Baş İdarəsindən verilən məlumata görə, hazırda inşası davam edən Bakı-Tbilisi-Qars layihəsi və eyni zamanda Qars-İğdır, Qars-Trabzon dəmir yolu xətlərinin əlaqələndirilməsi nəzərə alınarsa, Qarsda logistik mərkəzin inşası məcburi xarakter daşıyır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bununla əlaqədar Qars Logistik Mərkəzinin layihəsi 2011-ci ilin investisiya proqramına daxil edilmişdir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar Qarsda logistik mərkəzin qurulacağını və bunun bölgənin iqtisadi inkişafında böyük rol oynayacağını söyləmişdir.