QATİL TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 11-də Vüsal Abidovu münaqişə zəminində qətlə yetirmiş Sənan Tahirov Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
İyunun 13-nə keçən gecə Neftçala rayonunun Pirəbbə kəndində kənd sakini Nəcib Məmmədov münaqişə zəminində qardaşı Əlibalaya bıçaqla xəsarət yetirmişdir. N.Məmmədov Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanmışdır.
Sabunçu rayonunun ərazisində, Bilgəh Bağlar sahəsindəki 93 nömrəli bağ evində orada yaşayan Əbdül Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]