QATİLLƏR TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Cinayət Axtarışı Baş İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində sentyabrın 18-də Şəbnəm Mirzəcanovanı qətlə yetirmiş qardaşı, Xırdalan qəsəbə sakini Ramil Mirzəcanov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağahəsən Dadaşov tutulmuşlar.
Mingəçevirin mərkəzi bazarında isə şəhər sakini Vaqif Ramazanov münaqişə zəminində Etibar Qarayevi və Sabir Hüseynovu bıçaqla yaralamışdır.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində V.Ramazanov həbs olunmuşdur.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]