REGİONLAR
Qaxda fındıq yığımı başa çatmışdır
Qax, 3 oktyabr (AZƏRTAC). Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatmışdır. İstehsalçılar cari mövsümdə 3.764 hektar bar verən fındıq bağlarından 3 min tondan artıq məhsul əldə etmişlər. Bundan əlavə, cari mövsümdə rayonda 350 ton qoz da tədarük olunmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonda meyvə və üzüm yığımı əsasən başa çatmışdır. İndiyədək meyvə bağlarından, fındıq da daxil olmaqla, 12 min 354 ton məhsul tədarük olunmuşdur. Meyvə istehsalı əvvəlki illə müqayisədə 1.830 ton artmışdır. Üzümçülər isə cari mövsümdə 377 hektar plantasiyadan 3 min 200 ton məhsul yığmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]