REGİONLAR
Qaxda indiyədək 888 hektar sahədə yazlıq bitkilər əkilib
Qax, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 888 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 224,5 hektar sahədə kartof, 91,5 hektarda tərəvəz, 98,5 hektarda vələmir, 8,5 hektarda lobya, 13 hektarda bostan bitkiləri əkib, 452 hektar sahəyə çoxillik yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilən tütün şitillərinin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]