REGİONLAR
Qaxda “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatımızı xilas edir” mövzusunda müsabiqəyə yekun vurulub
Qax, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Narkomaniyaya qarşı mübarizə” aylığı çərçivəsində Qax rayonunun məktəbliləri arasında keçirilən “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatımızı xilas edir” mövzusunda inşa-yazı müsabiqəsinə noyabrın 30-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkil etdikləri müsabiqədə 80-dən çox məktəbli iştirak edib.
Yekun nəticələrə görə, Qax şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Səidə Həmzəli müsabiqənin qalibi olub. Müsabiqədə fərqlənənlər Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində çıxış edən idarənin rəisi Əlövsət Bayramov ən böyük bəşəri bəlalardan olan narkomaniyanın ağır fəsadlarından danışıb, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.