Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qaxda qadın fermerlərin iştirakı ilə Beynəlxalq Kənd Qadınları Günü və Ümumdünya Qida Günü qeyd edildi

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu həftə dünyada Beynəlxalq Kənd Qadınları Günü (15 oktyabr) və Ümumdünya Qida Günü (16 oktyabr) qeyd olunur.

Azərbaycanda qlobal maarifləndirmə kampaniyası çərçivəsində qadın fermerlərə, sahibkarlara və qadın liderlərə onların dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi sistemlərinin yaradılması üçün bərabər şərtlərlə töhfə verə bilmələri və bu fəaliyyətlərinə diqqəti cəlb etmək üçün bir sıra tədbirlər həyata keçirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəlindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 13-də Qax şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda ilk tədbir keçirilib. Tədbir, COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusən də kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə hökumətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirlər FAO, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), və Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunub.

Tədbirdə əsasən iki böyük layihələrdən - FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi və USAID Özəl sektorun inkişafı layihəsinin "Assosiasiyalarda qadınlar" komponenti çərçivəsində faydalanan 60-a yaxın iştirakçı və Kənd Qadınları Assosiasiyası üzvləri iştirak etdilər.

“Bu gün biz gender bərabərliyinə rəhbərlik edən, qadınların dayanıqlılığını gücləndirməkdə və daha inklüziv bir cəmiyyət qurmaq üçün səy göstərən bütün kənd qadınlarına öz təşəkkürümüzü bildiririk. Qadınların aparıcı səlahiyyətlərə yiyələnməsi xüsusilə onların ev təsərrüfatında və kənd təsərrüfatında çalışdıqları, torpaq, maliyyə, təlim və avadanlıqlar da daxil olmaqla kişilərdən daha az resurs və xidmətə çıxış əldə etdikləri kənd yerlərində olduqca vacib məsələdir. Biz inanırıq ki, kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi daha ədalətli bir gələcəyi formalaşdıracaq, COVID-19 pandemiyasından uğurlu çıxışa və davamlı inkişafına möhkəm əsaslar yaradacaq",- deyə FATP-ın İdarəetmə mütəxəssisi Namiq Məmmədov bildirib.

USAID Özəl sektorun inkişafı (PSA) layihəsinin rəhbəri Devid Blad öz çıxışında deyib: “Bizim birgə fəaliyyətimizdə əsas diqqət iqtisadiyyatda qadın prioritetlərinin dəstəklənməsinə və Azərbaycanın kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və rəhbərlər üçün daha əlverişli biznes mühitinin təbliğ olunmasına yönəldilir. Məqsədimiz ölkənin aqrar sahibkarlığında qadınların rolunu gücləndirməklə onlar üçün iqtisadi imkanları artırmaqdan ibarətdir”.

Tədbirin davamında kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün inkişaf proqramları və layihələrin təsirlərini, həmçinin imkanları araşdırmaq üçün "Qadınların inkişaf prosesində iştirakı" mövzusunda dəyirmi masa keçirilib.

AKİA-nın sədr müavini Leyla Məmmədova fermer qadınlara hökumət tərəfindən göstərilən qayğı və dəstəyi vurğulayaraq bildirib: “Kiçik və orta biznes sahiblərinə hökumət tərəfindən verilən subsidiya və güzəştlərlə yanaşı müxtəlif dəstək alətləri və proqramları da mövcuddur. Eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığımız, xüsusilə qadın sahibkarların öz biznes ideyalarını həyata keçirərək iqtisadi cəhətdən güclü olmalarında və öz sözlərini cəmiyyətdə çatdırmaları üçün xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, hər bir işgüzar xanım öz təsərrüfatını genişləndirmək üçün bu layihələrdən bəhrələnəcək, həmçinin gələcəkdə öz ətrafınızdakı hətta digər rayonlardakı kənd qadınlarına nümunə olaraq onların da sahibkarlıq fəaliyyətinə qoşulmasında mühüm rol oynayacaq”.

Tədbir çərçivəsində kiçik məhsul yarmarkası təşkil olundu. Kənd təsərrüfatı məhsulları ilə məşğul olan qadın sahibkarlar yarmarkada məhsullarını iştirakçılar və qonaqlara təqdim etdilər.

Tədbirin sonunda, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində yaradılan Balakən, Zaqatala, Qax, Şamaxı, İsmayıllı və Şəkidən olan 9 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar (noutbuklar, printerlər və modemlər) təqdim olundu. Bu addımla onların təsərrüfatlarında məhsuldarlılığın artırılması, gəlirlərinin artırılması və azad bazara çıxışlarının təmin olunması hədəflənir. FAO olaraq “Qadınların iqtisadi gücünün artırılması” layihəsi çərçivəsində 12 rayonda aqrar fəaliyyətlə məşğul olan 270-dən çox qadına kənd təsərrüfatına dair məlumatlara, biliyə, maliyyə resurslarına, emal vasitələrinə və bazarlara çıxış imkanlarına dəstək veririk.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq