İQTİSADİYYAT
“Qaz İxrac” idarəsi beynəlxalq İSO standartları üzrə sertifikatlaşdırılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qaz İxrac” idarəsində Fransanın sertifikatlaşdırma orqanı olan “Bureau Veritas” şirkətinin Türkiyə nümayəndəliyi tərəfindən beynəlxalq İSO standartları üzrə xarici audit keçirilib. Nəticədə idarə İSO 9001 “Keyfiyyəti İdarəetmə, İSO 14001 “Ətraf mühitin idarəedilməsi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə” standartları üzrə yenidən sertifikatlaşdırılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən nəzarət üzrə xarici audit zamanı auditorlar “Qaz İxrac” idarəsinin qaz kəmərlərinin korroziyadan mühafizəsi departamentində, Abşeron Magistral Qaz Kəmərləri sahəsində və idarənin digər şöbələrində olublar. Auditdə standartlarla bağlı müsbət rəy verilməklə yanaşı, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər dinlənilib. Həmçinin maarifləndirmə işinin daha da təkmilləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.