İQTİSADİYYAT
Qazax rayonunda kənd əhalisinin içməli suya tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir
Qazax, 8 dekabr (AZƏRTAC). Qazax rayonunda kənd əhalisinin içməli suya tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Orta Salahlı və Qazaxbəyli kəndlərinin sakinləri uzun müddət içməli sudan çətinlik çəkirdi. Məsələnin həlli ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Orta Salahlı kəndində artezian quyusunun qazıntısına başlanılmış, hər iki kənddə irihəcmli su anbarının tikintisi və məhəllə daxili su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, cari ilin ötən dövründə daxili imkanlar hesabına 5, dövlət vəsaiti hesabına isə 4 yaşayış məntəqəsində artezian quyuları qazılaraq istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]