REGİONLAR
Qazax rayonunun Ermənistan ilə həmsərhəd kəndində yeni məktəb binası istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən danışılıb. Bildirilib ki, dövlətimizin başçısı tərəfindən bütün sahələrlə yanaşı, təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. Bunun təzahürü olaraq Qazax rayonunda yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir. Təkcə bu il rayonda 4 yeni məktəb binası tikilib istifadəyə verilib ki, bunlardan 3-ü sərhəd kəndlərində yerləşir.
Kənd sakinləri, müəllim və şagirdlər yeni məktəb binasının tikintisinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.