REGİONLAR
Qazaxda 4 min 250 hektar arpa sahəsində biçin aparılır
Qazax, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da taxıl biçini davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa əkilib.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb olunub.
Hazırda 4 min 250 hektar arpa sahəsinin 2 min 538 hektarında biçin aparılıb. Qalan 1712 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.