QAZAXDA MƏKTƏBLƏR TİKİLƏCƏK
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qazax rayonundakı məktəblərdə əlavə sinif otaqlarının və yardımçı binaların tikintisi nəzərdə tutulmuşdur.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Çaylı kəndindəki məktəbdə 6 sinif otağının tikintisinə başlanmışdır. Dövlət Proqramına uyğun olaraq, 3 nömrəli məktəbdə 260, Ağköynək kəndində 504, Dəmirçilər kəndində 260 şagird yeri olan məktəb binaları, Orta Salahlı kəndində 6, Abbasbəyli kəndində isə 1 sinif otağı tikiləcəkdir.