QAZAXDA YENİ MEŞƏLƏR SALINIR
Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə 90 hektar yeni meşə salmaq planlaşdırılmışdır. Yazda bunun 35 hektarı salınmışdır. Payızda əkiləcək ağacların yeri hazırlanmış və hələlik 35 hektar sahədə tinglər basdırılmışdır. Yeni meşələr əsasən sərhəd kəndlərində salınır.
Kollektiv meşələrin bərpası üçün 2.500 kiloqramdan artıq toxum tədarük edərək 1 milyondan artıq əkin materialı yetişdirmişlər. Bundan əlavə, qanunsuz ağac kəsiminəə qarşı mübarizə tədbirləri də gücləndirilmişdir. Belə ki, cari ildə 20 qanunsuz kəsim faktı qeydə alınmış, 12 iş üzrə təyin olunmuş 219 manat cərimə büdcəyə ödənilmişdir. Qalan 8 fakt üzrə materiallar müvafiq tədbir görülmək üçün məhkəməyə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]