Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ

Hörmətli Nursultan Abişoviç,

Milli bayramınız - Respublika günü münasibətilə Sizi və bütün Qazaxıstan xalqını ürəkdən təbirk edirəm.

Fərəhli haldır ki, suveren Qazaxıstan müstəqillik illərində dövlətçiliyin möhkəmləndirilməsi, demokratik və sosial-iqtisadi islahatlar aparılması işində böyük uğurlar qazanmışdır.

Azərbaycanla Qazaxıstanı dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, irimiqyaslı transmilli layihələrin həyata keçirilməsindəki birgə səylər və qarşılıqlı dəstək xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bu gözəl ənənələrin daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Möhtərəm Nursultan Abişoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin