ELM VƏ TƏHSİL
Qazaxıstanın Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri Hüseyn Cavidin Ev-Muzeyində
Bakı, 31 oktyabr, AZƏRTAC
Qazaxıstanın Çimkənd şəhərindəki Avrasiya Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, ədibin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və digər əsərləri haqqında qonaqlara ətraflı məlumat verilib.
Beynəlxalq Fəlsəfə Məktəbinin müəllimləri Aruna Koybakova və Qullazat Rustembekova görüşdən məmnun qaldıqlarını bildiriblər.
Sonra qazaxıstanlı şagirdlər muzeyin ekspozisiyaları ilə yaxından tanış olublar.