QAZLI SU VƏ SAĞLAMLIQ
Bakı, 28 aprel (AZƏRTAC). Həkimlər son 40 ildə qazlı su istehlakının xeyli artmasından narahatdırlar.
Məsələ bundadır ki, indi uşaqlar 40 il əvvəlkindən daha çox şəkər yeyir, süddən çox qazlı su içirlər. Elmi tədqiqatlar göstərir ki, yeniyetmələrin hər gün təxminən 1300 milliqram kalsiuma ehtiyacı vardır. Halbuki onlar yalnız 800 milliqram kalsium qəbul edirlər. Kalsium çatışmazlığı sümüklərin yumşalmasına, osteoxandroza gətirib çıxarır. Bu maddə 18 yaşınadək insanın inkişafı üçün çox əhəmiyyətlidir.
Sübut edilmişdir ki, çoxlu qazlı su içən yeniyetmələrin sümüyü tez sınır, onlar osteoparozdan əziyyət çəkirlər. Gündə 3 banka qazlı su yeniyetmələrin sağlamlığı üçün çox böyük təhlükə yarada bilər. 12-29 yaşlarında kişilər və yeniyetmələrin qazlı su içməsi dişlərin çürüməsi, osteoporoz, piylənmə, böyrəklərdə daş, şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.
Qazlı suyun tərkibində çoxlu kofein, turşular, əlavələr və boya maddələri, habelə fruktoza olur. Kofein kalsiumun orqanizmdən çıxarılmasına kömək edir. Fosfor və kömür turşusu dişlərin minasını zədələyir.
İnsanlar qazlı suyun zərərini anlamalı, istehsalçılar isə məsuliyyəti öz üzərilərinə götürməlidirlər. Doğrudur, qazlı sudan tam imtina etmək də lazım deyildir. Sadəcə, adi gigiyena qaydalarına əməl etmək, qazlı su içdikdən, qida qəbul etdikdən sonra ağız boşluğunu yaxalamaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]