QDANSKDA QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Qdansk şəhərinə gəlmişdir.
Azərbaycan Respublikasının və Polşa Respublikasının dövlət bayraqları ilə bəzədilmiş Lex Valensa adına hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski, həmçinin Pomorsk voyevodalığının rəhbəri Roman Zabarovski və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Prezidentinə və xanımına gül dəstələri təqdim olundu.
Hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski arasında qısa görüş oldu.
Görüşdən sonra dövlət başçıları Qdansk neft limanına yola düşdülər.
######
|
|
![]() |

