İDMAN
“Qəbələ” futbol klubuna transfer olunmuş Daniel Subotiç özünü yaşıl meydançaya çıxmağa hazır sayır
Bakı, 11 sentyabr (AZƏRTAC). Mövsümlərarası fasilədə “Qəbələ” futbol klubuna transfer olunan Daniel Subotiç keçmiş komandası “Volın”ın (Ukrayna) keçidin rəsmiləşməsinə əngəl törətməsi səbəbindən çempionatın ilk oyunlarında iştirak edə bilmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, FİFA-nın məsələyə qarışmasından sonra D.Subotiç rəsmən “Qəbələ”nin futbolçusu olmuşdur. Kollektivə üzv olduğu gündən məşqlərə ara verməyən hücumçu özünü meydançaya çıxmağa hazır sayır.
Futbolçu demişdir: “Qəbələ”yə gəldiyim gündən məşqləri fasiləsiz davam etdirirəm. Növbəti oyunda şansımı gözləyəcəyəm. Düzdür, oyun praktikasında komanda yoldaşlarımdan geri qalıram. Amma bu çatışmazlığı qısa müddətdə aradan qaldıra bilərəm. Heyətdəki futbolçuları yaxşı tanıyıram, artıq bir-birimizə uyğunlaşmışıq”.