REGİONLAR
Qəbələ rayonunun komandası turnirin kubokuna sahib olub
AZƏRTAC xəbər verir ki, turnirin açılışında çıxış edənlər idmana göstərilən dövlət qayğısından, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idmana dəstək ənənələrindən söhbət açaraq, hazırda bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar.
Qeyd edilib ki, yarışın əsas məqsədi ölkəmizdə yeni olan çoxmübarizəli idman döyüş növlərinin regionlarda inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun yüksəldilməsi, həmçinin onların idman ustalıqlarının artırılması və bu idman növü üzrə yığma komandalara namizədlərin hazırlanmasıdır.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və yarışlara start verilib. Birincilikdə 10 rayondan 100-ə yaxın idmançı 6 yaş qrupu üzrə 16 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Qəbələ, İsmayıllı və Ucar rayonlarının komandaları müvafiq olaraq I, II, III yerləri, Yevlax komandası isə IV yeri tutub.
Rayon gənclər və idman idarəsi tərəfindən hər çəki dərəcəsində I, II, III yerləri tutan idmançılar diplom və medallarla təltif olunublar. Qazanılan medalların sayına görə birinci yeri tutan komandaya- Qəbələ idmançılarına isə kubok verilib.