İQTİSADİYYAT
Qəbələ şəhərinin təbii qaz təchizatı qısa müddətdə bərpa olunmuşdur
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 10-da axşam və gecə saatlarında Respublikanın şimal-qərb regionunda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel axınlarının təsirindən Qəbələ şəhərinin qaz kəmərlərinin bir hissəsi və iki ədəd qaz tənzimləyici şkaf zədələnmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ Qaz İstismar Sahəsində leysan yağışlar ilə əlaqədar yaradılmış əməliyyat qrupunun əməkdaşları qaz kəmərlərinin zədələnməsi haqqında məlumat aldıqdan dərhal sonra ərazilərə baxış keçirmişlər.
Qəbələ şəhərinin əhalisinin təbii qaz təchizatında əmələ gəlmiş fasilənin tez bir zamanda aradan qaldırılması üçün “Azəriqaz” İB-nin Qəbələ rayon Qaz İstismar Sahəsinin xidmətləri sel nəticəsində zədələnən qaz kəmərlərində təmir-bərpa işlərinə başlamışlar. Təmir işləri artıq başa çatdırılmışdır. Qəbələ şəhərinin təbii qaz təchizatı tam bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]