REGİONLAR
Qəbələdə maldarlıq, quşçuluq, arıçılıq və balıqçılıq sahələri sürətlə inkişaf etdirilir
Qəbələ, 27 yanvar (AZƏRTAC). Son vaxtlar Qəbələ rayonunda maldarlıq, quşçuluq, arıçılıq, balıqçılıq və donuzçuluğun inkişafına böyük önəm verilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Qəbələdə iri buynuzlu mal-qaranın baş sayı 53 minə, qoyun və keçilərin sayı 219 minə, quşların sayı 320 minə çatdırılmışdır. Rayondakı balıq yetişdirmə zavodu son bir ildə 60 min ədəd sağlam kürü yetişdirmiş və hazırda onların inkişafı istiqamətində işlər davam etdirilir.
Son bir ildə Qəbələdə arıçılıqla məşğul olan insanların sayı 15 nəfər və arı ailələrinin sayı 130 baş artmışdır. Hazırda rayonda 278 kəndli fermer tərəfindən 1579 baş arı ailəsi bəslənilir. Rayonda Nic kəndinin sakinləri donuzçuluq ənənələrini bərpa etmiş və bu sahənin inkişafı üçün tədbirlər görülür. Kəndin fermerləri donuzların sayını 980 başa çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]