REGİONLAR
QƏBƏLƏDƏ REKORD HƏCMDƏ TAXIL İSTEHSALI GÖZLƏNİLİR
Qəbələ, 18 iyun (AZƏRTAC). Qəbələ rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, cari ilin məhsulu üçün 25 min 805 hektar sahədə taxıl, o cümlədən 20 min 661 hektarda buğda əkilmişdir. Artıq 1100 hektar sahədə biçin aparılmış və 2200 ton məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq orta hesabla 20 sentner olmuşdur.
Bu il Qəbələdə rekord həcmdə- 55 min tona yaxın taxıl istehsalı gözlənilir.
Rayonda biçin kampaniyasını optimal müddətdə və itkisiz başa çatdırmaq üçün zəmilərə 80 kombayn və 100-ə yaxın yük maşını cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]