REGİONLAR
Qəbələdə sərbəst güləş üzrə keçirilən zona yarışı başa çatıb
Qəbələ, 25 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idman məktəblərinin VIII respublika oyunlarının proqramına uyğun olaraq Qəbələ rayonunda təşkil edilən sərbəst güləş üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda UGİM, cəmiyyət, klub və olimpiya idman komplekslərinin komandaları iştirak ediblər.
Ölkə birinciliyinin zona mərhələsində respublikanın 17 şəhər və rayonundan 150-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, hər çəki dərəcəsində I, II və III yeri tutan güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanıblar.