Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmiş və əməkdaşlıq protokolu imzalanmışdır VİDEO

Qəbələ, 15 avqust (AZƏRTAC). Avqustun 15-də Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri Şurasının iclası keçirilmişdir. AZƏRTAC xəbər verir ki, “Qafqaz Resorte” otelində təşkil olunan görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak etmişlər. Toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyət perspektivləri müzakirə olunmuşdur. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, TürkPA-nın baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının direktoru Şakir İbrayev, Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış etmişlər.

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən dost və qardaş ölkələrin nümayəndə heyətlərini və təşkilatla əlaqəli işləyən qurumların təmsilçilərini salamlamış, görüşün əhəmiyyətindən danışmışdır. Elmar Məmmədyarov Qırğızıstan xarici işlər nazirini şuraya sədrlik missiyasının uğurla tamamlanması münasibətilə təbrik etmiş, Qırğızıstan tərəfinin sədrliyi müddətində təşkilat daxilində əməkdaşlığın genişlənməsinə verilən töhfələrə görə öz minnətdarlığını bildirmişdir.

E.Məmmədyarov çıxışında qeyd etmişdir ki, bu gün bütün müstəqil dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv səylər və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Bununla bağlı ölkəmizin mövqeyini açıqlayan nazir demişdir: Azərbaycan səylərimizin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir. Təşkilatımız bu baxımdan nadir imkanlara malikdir. Əsas vəzifəmiz bu imkanlardan xalqlarımızın sosial-iqtisadi inkişafı naminə səmərəli istifadə etməkdir. Təşkilatımız ortaq mədəniyyətimiz, ənənələrimiz, maddi və xüsusilə mənəvi dəyərlərimizi əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda və təbliğ etməkdə əvəzolunmaz rol oynayır.

Nazir Elmar Məmmədyarov qeyd etmişdir ki, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir. Azərbaycanın sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət veriləcəkdir. Bu baxımdan təşkilatın iqtisadi gündəliyinin hazırlanması çox mühümdür. Bu gündəlik, konkret məqsəd və müddətlərin müəyyənləşdirilməsi ilə prioritet əməkdaşlıq sahələrini əhatə etməlidir.

Nazirin sözlərinə görə, iqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin görüşlərinin təşkili, o cümlədən bu sahələrdə işçi qrupların görüşləri böyük əhəmiyyət daşıyır. Bu görüşlərdə qəbul olunan qərarların və əldə edilən nəticələrin təşkilat daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacağını vurğulayan E.Məmmədyarov demişdir: Qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası təşkilat çərçivəsindəki əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsədimiz olaraq qalmaqdadır. Azərbaycan Respublikası 2012-ci ildə Bişkek şəhərində keçirilən II Zirvə görüşü zamanı imzalanmış sənədlərin ratifikasiyasını, demək olar, yekunlaşdırmışdır. Regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamə layihəsini irəli sürmüşük. Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqqında qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin TASİM layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk.

Azərbaycan tərəfinin təşkilatın katibliyinin fəaliyyətini dəstəklədiyini bildirən Elmar Məmmədyarov daha sonra demişdir: Katiblikdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyirik. Şuranın ixtisaslaşmış qurumları olan TürkPA, TÜRKSOY, Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirir və Türk Mədəni İrs Fondunun da tezliklə fəaliyyətə başlayacağına inanırıq.

Regional əməkdaşlıq məsələlərindən danışan Elmar Məmmədyarov bu cür əməkdaşlığı əngəlləyən amilləri xüsusilə qeyd edərək vurğulamışdır ki, aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımları ciddi təhlükə doğuran təhdidlər kimi qiymətləndirilməlidir. Nazir demişdir: Ermənistanın 20 ildən çoxdur ki, davam edən hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsi bunun ən bariz nümunəsidir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və əhalisinin hər 9 nəfərindən biri ya qaçqın, ya da məcburi köçkündür. Biz Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq.

E.Məmmədyarov bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv ölkələrə minnətdarlığını bildirmişdir.

Görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Xarici İşlər Nazirləri Şurasının Qəbələdə keçirilən növbəti iclasının yüksək səviyyədə təşkil edildiyini bildirmiş, təşkilatın işinə uğurlar arzulamışdır. O, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş və birgə əməkdaşlığın təbliği məqsədi ilə göstərilən səyləri yüksək qiymətləndirmişdir. Əhməd Davudoğlu qeyd etmişdir ki, Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda sabitliyin saxlanmasını əngəlləyən maneə olduğunu bildirən Ə.Davudoğlu demişdir: Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaq.

Ə.Davudoğlu daha sonra qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməməsi çox üzücü faktdır.

İclasda Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, təşkilatın ixtisaslaşmış qurumları olan TürkPA, TÜRKSOY və Türk Akademiyasının rəhbərləri çıxış edərək təmsil etdikləri qurumların fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

İclasının sonunda dörd ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanmışdır.

Zirvə görüşündə qəbul olunacaq qərarların açıqlanması ilə bağlı avqustun 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı tərəfindən mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xarici işlər nazirlərinin görüşündə qəbul edilən qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaqdır.

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmiş və əməkdaşlıq protokolu imzalanmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb