Qəbələdə yeni şabalıd bağları salınır
Qəbələ, 28 mart (AZƏRTAC). Qəbələ rayonunda xüsusi mühafizə edilən qiymətli şabalıd ağacları nadir təbiət abidəsi kimi mühafizə edilir.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, Qəbələdə şabalıd ağaclarının qorunması üçün ardıcıl tədbirlər görülür. Cari ilin birinci rübündə rayonda dövlət meşə fondunun ərazisində 8 hektar sahədə keyfiyyətli və iri meyvəsi olan “Xandıx” şabalıdının 6830 ədəd tingi əkilmişdir.
Bundan əlavə, rayonun dağətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyi hesab edilir və vətəndaşlar həyətyanı sahələrdə, pay torpaqlarında meyvə bağı salarkən şabalıd ağaclarına üstünlük verirlər. Meşələrdə və həyətyanı sahələrdə yaşı 500-800 il, hündürlüyü 30-35 metr olan iri gövdəli qiymətli şabalıd ağacları ciddi mühafizə edilir. Rayonun Həmzəli kəndində yaşı 800-1000 il, diametri 2-2.5 metr olan 10-a yaxın nadir şabalıd ağacı isə təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyahısına daxil edilmişdir.
Hazırda rayonda 355 hektar sahədə şabalıd bağları mövcuddur. Ötən il bağbanlar 472 ton şabalıd yığmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]