CƏMİYYƏT
Qəbiristanlıqda cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 4 dekabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində gözətçi - qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta ağırdır.