Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qədim və müasir İçərişəhər “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm “Meydan bazarı” ilə qarşılayacaqdır

Bakı, 18 may (AZƏRTAC). Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-dən 25-dək hər gün saat 12:00-dan 20:00-dək Qoşa qala qapısı meydanında ənənəvi “Meydan bazarı” təşkil olunacaqdır.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı, ziyarətçilər müsabiqə günlərində həm “Meydan bazarı”nda, həm də bütövlükdə İçərişəhər ərazisində “İçərişəhərin tarixi tipajları”nı görə və onlarla canlı ünsiyyət qura biləcəklər.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Azerfon” və “Gazelli International ltd” şirkətlərinin dəstəyi ilə keçiriləcəkdir.

Ümumiyyətlə, əsrlər boyu Bakının döyünən ürəyi kini tanınan İçərişəhər sözünü-söhbətini, qonaqpərvərliyini bu məkana qədəm basan heç kimdən əsirgəməmişdir. Bu yer qlobal dünyaya inteqrasiya edən paytaxtımızda öz abidələri, xalqımızın ən gözəl ənənələrinin təcəssümü ilə hər zaman qonaqları heyrətləndirməkdədir.

Mütəmadi olaraq qədim şəhərin tarixinin, abidələrinin, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri özəlliyi ilə seçilir.

Bakı şəhərinin simvolu olan Qız qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar olaraq abidənin fasadında quraşdırılmış ayaqaltılar və digər avadanlıqlar sökülmüşdür. Beləliklə, Qız qalası özünün ilkin görkəmində turistlərin zövqünü oxşayır.

Bir humanitar addım, ətraf mühitə hörmət əlaməti olaraq, dünyada ekoloji proseslər istiqamətində həyata keçirilən tədbirləri nəzərə alaraq Qız qalasının yanındakı binada quraşdırılmış 510 yuvaya doğru uçan quşların cəh-cəhi isə buranın tarixi daşlarına insan ruhunu oxşayan səsləri əlavə edir. Bakının qədim guşəsi olan “Arxeoloji park”da şəhərimizin qonaqları vaxtlarını xoş və səmərəli keçirəcək, həmçinin tarixi irsimiz və zəngin mədəni keçmişimizlə də tanış ola biləcəklər.

Qədim şəhərə müxtəlif istiqamətlərdən daxil olan turistlərə pulsuz olaraq İçərişəhərin xəritəsi paylanılır. Həmçinin hər girişdə məlumat mərkəzi yerləşdirilmişdir. Bu məlumat mərkəzlərində otel rezervasiyası, tur, bələdçi sifariş etmək, restoranlar və digər ictimai-iaşə obyektləri haqqında geniş məlumat əldə etmək mümkündür. Beş dildə - Azərbaycan, rus, ingilis, fransız, alman dillərində məlumatlar yerləşdirilmiş audiobələdçini alan turist artıq heç kimin köməyi olmadan tarixi tikililər, görməli yerlərlə sərbəst tanış ola bilir.

Xüsusi olaraq “Euovision-2012” üçün həyata keçirilən “Ask me” (“Məndən soruş”) layihəsi çərçivəsində Bakıda yaşayan avropalılar xarici turistlərə ölkəmiz haqqında könüllü olaraq bilgilər verəcəklər. Üzərində “Ask me” yazılmış köynəklərdə gəzən könüllülər, həmçinin turistlərə bukletlər və təbliğat materialları paylayacaqlar. Layihənin əsas maraqlı cəhəti burada turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Bu layihəyə, həmçinin azərbaycanlı könüllülər də qoşulacaqlar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əcnəbi qonaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində elektromobillər vasitəsilə turlar da maraqlıdır. Belə elektromobillərdən istifadə etməklə turistlər qədim şəhəri əlavə vaxt sərf etmədən çox asanlıqla gəzirlər. Mədəni-tarixi abidələrimizlə maraqlanan turistlər üçün bölgə turlarının - “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, Suraxanıdakı “Atəşgah” məbədinə və Abşeronun digər görməli yerlərinə, həmçinin Qobustana turların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə turlarda iştirak xarici qonaqlarda Odlar Yurdunun möcüzəli yerləri, qədim abidələri haqqında unudulmaz təəssüratlar yaradacaqdır.

İçərişəhərdə həmişə yüksək səviyyədə olmuş muzeylərin, qalereyaların, sərgilərin, otellərin, restoranların da ab-havasına “Eurovision” nəfəsi əlavə olunmuşdur. Mahnı yarışması ilə əlaqədar buradakı muzeylər səhər saat 9.00-dan axşam saat 21.00-dək iş rejiminə keçmişlər. Turistlər restoranlarda Azərbaycan mətbəxinin çeşidli və ləzzətli xörəklərini dadmaqla yanaşı, milli musiqimizdən zövq alırlar. Avropada geniş yayılmış “fast food” nəzərə alınaraq İçərişəhərə Filarmoniya bağı, “Yaşıl aptek” istiqamətlərindən girişdə açılmış ikinci təndirdə həm ətirli çörək almaq, həm onun hazırlanmasını müşahidə etmək, həm də turistlərin milli mətbəximizin tez bişən nümunələrindən dadmaları mümkündür. Qədim şəhərin özünəməxsus çay ənənələri, onun rəngarəng növləri bir daha milli adətlərimizi diqqətə çatdırır.

Həmçinin İçərişəhərdə olan bütün otel, ticarət və ictimai-iaşə obyektlərinin işçilərinə xüsusi treninqlər keçirilmiş və onlara Azərbaycanca-ingilisə danışıq kitabçaları paylanılmışdır. Bununla yanaşı, qoruq idarəsinin tabeliyində olan muzeylərin bələdçiləri üçün vahid geyim formaları hazırlanmış və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilmişdir.

Günün müxtəlif çağlarında “Eurovision” fanklubunun üzvləri burada müxtəlif aksiyalar həyata keçirirlər.

Müasir turizm infrastrukturu çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Wİ-Fİ şəbəkəsi də yaradılmışdır ki, sistemə mobil telefon vasitəsilə qoşularaq audiobələdçi informasiya mənbəyindən pulsuz istifadə etmək olar.

Beləliklə, İçərişəhər bu dəfə tarixi və müasirliyinə “Eurovision-2012” nəfəsi qatmaqla öz ziyarətçilərini heyrətləndirəcəkdir.

Tam əminliklə deyə bilərik ki, Odlar Yurdunun bu qədim məkanına gələn qonaqlar İçərişəhərdə asudə vaxtlarını şən və mənalı keçirəcək, öz ölkələrinə alovlandırdıqları məşəldən qaynaqlanan ən isti təəssüratlarını aparacaqlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib VİDEO

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb