QƏHVƏNİ NECƏ İÇMƏLİ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, qəhvə, həqiqətən, işdə yuxunun qarşısını almağa kömək edir, lakin insanların əksəriyyəti onu içməyin qaydasını bilmir. Alimlər müəyyən etmişlər ki, bütün gün ərzində yüksək iş qabiliyyətini qoruyub saxlamaq üçün qəhvəni qurtum-qurtum içmək məsləhətdir. Səhərdən bir neçə fincan qəhvə içənlər buna nail ola bilmirlər, çünki müəyyən müddətdən sonra beyində kofeinin səviyyəsi aşağı düşür və insanı yuxu tutmağa başlayır.
Alimlər bu fərziyyəni təsdiq etmək üçün bir ay ərzində 16 kişi üzərində müşahidə aparmışlar. Onların yarısına daim kofein həbləri, digərlərinə isə eyni müntəzəmliklə yalançı “dərman” verirdilər. Birinci qrup nümayəndələrinin iş qabiliyyəti xeyli yüksək olmuşdur.