Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qələbəyə aparan yol – Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti, qüdrətli ordu, haqq mübarizəsi və sonsuz Vətən sevgisi

Qələbəyə aparan yol – Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti, qüdrətli ordu, haqq mübarizəsi və sonsuz Vətən sevgisi

Naxçıvan, 12 noyabr, Rauf Kəngərli, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan ən yeni tarixini - zəfərlərlə bəzənmiş tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırmağı uğurla davam etdirdi və onları diz çökdürdü.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva deyib. O bildirib ki, şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi dayandı. Dövlət başçımız az qala hər gün fərqli media nümayəndələrinin suallarını cavablandırdı, təmkinlə izah edib, bütün həqiqətləri qəbul etdirdi. Çox layiqincə və tutarlı faktlara əsaslanan cavablar isə hər bir Azərbaycan vətəndaşının qürurdan gözlərini yaşartdı. Müzəffər Ali Baş Komandanımız beynəlxalq ictimaiyyətin bilərəkdən qərəzli verilən suallarını o qədər ustalıqla və dəqiq hədəfinə vurmaqla cavablandırdı ki, ekran qarşısında olan hər bir Azərbaycan tamaşaçısı ancaq qürur və fəxrlə onu izlədi və dəstəklədi. Beynəlxalq ictimaiyyət, nəhayət ki, Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini qəbul etdi. Bütün dünya bizim haqq səsimizi eşitdi, qulağını açıb dinləmək istəməyənlərə belə, ədalətli mövqeyimizi ifadə edə bildik.

“Prezidentimizin nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. İnanırıq ki, 2020-ci ilin payızında yaşananlar Qələbəmizi sevinc hissi ilə qələmə almaq istəyənlərə nüfuzlu və mötəbər mənbə rolunu oynayacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq”, - deyən Səadət Əliyeva qeyd edib ki, artıq dünya ictimaiyyəti Qarabağımız uğrunda gedən döyüşlərin yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldığının şahidi oldu! Bizim ədalətli mübarizəmiz haqq mübarizəsi idi, ən güclü silahımız isə Vətən sevgisi və öz doğma torpaqlarımızın tam və qeyd-şərtsiz azad edilməsi istəyimiz idi və biz buna nail olduq. Bizim bu haqq işimiz və ədalətli mübarizəmiz qarşısında Ermənistan hərbi yolla heç nəyə nail olmayacağını qəti şəkildə bilməli idi və artıq düşməni qandırmağı bacardıq. Çünki qazanılan qələbənin təməlində Vətənə sonsuz sevgi, qələbəyə yüksək inam və ruh yüksəkliyi dururdu.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri vurğulayıb ki, Qələbəyə inam hissi, dövlətimizə, ordumuza sonsuz güvən ixtisasından və peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını qələmini alıb ruh yüksəkliyi ilə dolu sətirlər yazmağa vadar etdi. Ölkə mediasında böyükdən-kiçiyə hər kəs orduya dəstək nümayiş etdirdi. Hətta bağçaya gedən uşaq, məktəbdə oxuyan şagird belə, yazdığı kiçik yazıda Qələbə əzmini, düşmənə nifrət ruhunu ifadə etdi. Noyabrın 10-da zəfər sevincini yaşayan KİV əməkdaşları sevinc və qürur hissi ilə Azərbaycan dinləyicisi və tamaşaçısının qarşısına çıxdılar. Müzəffər Ali Baş Komandana ünvanlanan məktublar, qələbəyə inam dolu sətirlər Azərbaycan xalqının zəfər inam arzusunun ən bariz nümunəsinə çevrildi. Prezidentimiz çox gözəl və yerində deyib: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişlər”. Bəli, düşmənlər ordumuzun gücü ilə bərabər onun döyüş əzmini, rəşadətini, sınmaz qürurunu ölçə bilməyiblər.

“Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq bu günlərin sevincini yaşadığım üçün qürur hissi keçirirəm. İnanıram ki, gələcək nəsillər bunu həmişə böyük fəxrlə yad edəcək, qəhrəman əsgər və zabitlərimizin nəvə-nəticələri olmaları ilə öyünəcəklər! Haqq işini müdafiə edən, ədalətli mövqeyini daim dünyaya nümayiş etdirən Azərbaycan ümummilli lider Heydər Əliyevin dediyi kimi, dünyaya Günəş kimi yenidən doğacaq. Ruhunuz şad olsun, Ulu Öndər!!! Bəli, uzaqgörənliklə dediyiniz o sözlər öz təsdiqini tapdı. Azərbaycanımızı əmanət etdiyiniz cənab Prezidentimiz Sizin etimadınızı doğrultdu!”, - deyən Səadət Əliyeva vurğulayıb ki, bu gün “Odlar Yurdu”nun əldə etdiyi Qələbə öz işığı, nuru ilə hər bir soydaşımızın qəlbinə sevinc, xoşbəxtlik bəxş etdi, düşmənlərimizi isə yandırıb-yaxdı. Biz buna bütün varlığımızla inanırdıq! Əmin idik ki, bu tarixi günə şahidlik edəcəyik! Çünki bizim ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilən, canını Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan igid, dəyanətli oğullarımız var. Ona görə də vüqarla dalğalanan bayrağımız artıq işğaldan azad edilən torpaqlarımızda ucaldıldı.

Dalğalan sən, qeyrət tacım, dərdlərimi tez unutdur,

Dalğalan sən, hər titrəyiş varlığıma bir sübutdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir