DÜNYA
Qələm formasında 3D printeri
Bakı, 8 mart (AZƏRTAC). “Kickstarter” xidmətinin istifadəçilərinə qələm formasında 3D printeri maliyyələşdirmək təklif edilmişdir.
“3Doodler” adlı qurğunun istifadəçisi qələmi sıxaraq və əlini fəzada hərəkət etdirərək həcmli fiqurlar yaradır. Qurğu ənənəvi 3D-printerindən daha çox yapışqan tapançaya oxşayır. Təxminən 200 qram çəkiyə malik “3Doodler” elektrik şəbəkəsi ilə qidalanır.
Plastik kütləylə doldurulan qələm 270 dərəcə temperatura qədər qızdırılır və maye şəklini aldıqdan sonra deşikli metal ucluq vasitəsilə “3Doodler”dən xaric olur. Ucluğun diametri üç millimetr təşkil edir. Plastik kütlə otaq temperaturunda bir anın içində donur.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, lenta.ru saytının məlumatına görə, “3Doodler”dən istifadə üçün bir neçə variant nəzərdə tutulmuşdur. Qələmin sahibi havada əllərini hərəkət etdirərək 3D-fiqurlar düzəldə, fəzada yastı ornamentləri çəkə və ya onlardan həcmli konstruksiya yaratmaq üçün hamar elementlər hazırlaya bilərlər.
İstehsalçılar qeyd etmişlər ki, yeni qələm vasitəsilə ornament və zinət əşyaları hazırlamaq, həmçinin soyuducu üçün maqnit və digər xırda oyuncaqlar da düzəltmək mümkündür.