Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərar №18/68
06.09.10

“Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə

seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və

tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 7 noyabr 2010-cu ilə təyin edilmişdir.

Parlament seçkilərinin keçirilməsi zamanı seçki subyektlərinə metodiki yardım göstərilməsi, onlar tərəfindən Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsi, habelə onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsinə zərurət yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 145-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin.

2. Təqvim planı təsdiq edildiyi gündən ən geci 2 gün müddətində dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Müavin Şaitdin Əliyev

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin