SİYASƏT
Qərar № 36/161
27.11.09
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Xuduzadə Eldəniz
Yaqub oğlunun 24 noyabr 2009-cu il tarixli 60 saylı müraciətinə baxılması
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
QƏRARI
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokratik Partiyası tərəfindən namizədliyi 26 saylı Sabunçu I seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş Xuduzadə Eldəniz Yaqub oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Bələdiyyə üzvlüyünə namizəd Xuduzadə Eldəniz Yaqub oğlunun 24 noyabr 2009-cu il tarixli 60 saylı müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Xuduzadə Eldəniz Yaqub oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Bakıxanov bələdiyyəsi üzrə qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli