Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qərb bölgəsinin ümumtəhsil məktəblərində Bilik günü qeyd olunub

Tovuz, 15 sentyabr, AZƏRTAC 

Sentyabrın 15-də Tovuz rayonunun 84 ümumtəhsil məktəbində Bilik günü təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, yeni dərs ilinin başlanması münasibətilə Tovuz şəhəri N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydə keçirilən mərasimdə məktəbin direktoru Valeh Məmmədov, rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov çıxış edərək pedaqoji kollektivi və şagirdləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, ötən dərs ilinin yekunlarına görə məktəb-liseyi bitirən məzunlardan 51 nəfər ali məktəblərə, 7 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 9-u qəbul imtahanlarında 500-dən, 4-ü isə 600-dən çox bal toplayıb. Hazırda məktəb-liseydə 1250 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 146 müəllim məşğul olur. Yeni dərs ilində məktəb-liseyin birinci siniflərində 202 şagird təhsil alacaq.

Daha sonra gənc nəslin elmi biliklərə dərindən yiyələnməsi, onların hərtərəfli inkişafı üçün təhsil ocağında yaradılan şəraitdən bəhs olunub. Çıxış edənlər yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. 

X X X

Bilik günündə Qazax rayonunda 2 yeni məktəb binası istifadəyə verilib. Müasir üslubda və yüksək səviyyədə inşa olunan məktəb binaları 2016-2017-ci tədris ilinin ilk günündə Qazax təhsilinə ən böyük töhfədir.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov 220 şagird yerlik Aşağı Əskipara kənd tam orta məktəbin açılışında çıxış edərək Prezident İlham Əliyevin təhsilə böyük qayğı və diqqət göstərməsindən söz açıb. Qeyd edib ki, bu məktəbdə Aşağı Əskipara kəndi ilə yanaşı, Bağanıs Ayrım, Xeyrımlı, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd orta məktəblərinin şagirdləri də təhsil alacaqlar. Bildirilib ki, məktəbdə müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb.

Sonra məktəbə baxış keçirilib. 11 sinif otağından, kimya, fizika laboratoriyalarından, hərbi kabinetdən, informatika otağından, akt və idman zallarından, kitabxana və tibb otağından ibarət olan yeni məktəb binası pedaqoji kollektiv tərəfindən yüksək qiymətləndirilib.

Həmin gün rayonun Yuxarı Salahlı kənd tam orta məktəb binasının da açılışı olub. Məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.

X X X

Yeni dərs ilinin başlanması münasibətilə Ağstafa rayonunun ümumtəhsil məktəblərində də bir sıra tədbirlər keçirilib. Rayon rəhbərliyinin və hüquq mühafizə orqanları əməkdaşlarının da iştirak etdikləri tədbirlərdə Bilik günü münasibətilə müəllim və şagird kollektivləri təbrik edilib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışılıb. Qeyd edilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Ağstafa rayonunda son illər 14 yeni məktəb binası inşa edilib, bir sıra məktəblərdə əsaslı təmir işləri aparılıb. Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın göstərdikləri dəstək və qayğı respublikada təhsili yeni inkişaf mərhələsinə qaldırıb. Respublikanın bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da təhsil sahəsində qazanılan uğurlar ildən-ilə artır. Təhsil sahəsində həyata keçirilən islahatlar və göstərilən qayğı cari tədris ilinin daha yüksək nəticələrlə başa vurulacağına əminlik yaradır.

Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirlər məktəb kollektivlərinin Bilik gününə həsr etdikləri bədii-musiqili proqramlarla davam etdirilib.

 X X X 

Bilik günü Şəmkirdə iki məktəb binasının əsaslı təmirdən sonra açılışı ilə yadda qalıb.

Şəmkir şəhərində yerləşən Nəriman Nərimanov adına şəhər tam orta məktəbi Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra pedaqoji kollektivin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışıb, müstəqilliyimizin bərpasından sonra respublikamızda ən çox diqqətin məhz təhsil müəssisələrinin inkişafına yönəldiyini vurğulayıb. O, son günlərdə Prezident İlham Əliyevin yeni məktəb binalarının açılışında şəxsən iştirakının bir daha dövlətimizin və onun rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğının təzahürü olduğunu qeyd edib.

Çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Elə həmin gün Şəmkir rayon Düyərli kənd 1 saylı tam orta məktəbin binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Məktəbdə Bilik günü münasibətilə təşkil edilən tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov görülən işləri yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil siyasətində məhz məktəb binalarının yenidən qurulmasının və əsaslı təmirinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verdiyini vurğulayıb, onun Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binalarının, uşaq bağçalarının tikilib istifadəyə verildiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox Asan İmza sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu