Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycanın milli maarifçilik tarixinin öyrənilməsi tarixi yaddaşın bərpasına xidmət edir

Qərbi Azərbaycanın milli maarifçilik tarixinin öyrənilməsi tarixi yaddaşın bərpasına xidmət edir

Bakı, 27 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Tarixi yaddaş millətimizin kimliyi, mövcudluğumuzun ən vacib sütunlarından biridir. Tarixi-mədəni, pedaqoji-psixoloji irsin öyrənilməsi, tədqiqi, təbliği və tədrisi tarixi yaddaşı möhkəmləndirməyin, milli varlığı qorumağın önəmli amilləridir. Böyük elm, maarif, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapan Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasında) ata-babalarımızin yaratdıqları tarixi abidələri, zəngin ədəbi-mədəni mühiti, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarının öyrənilməsi və gələcək nəsillərə çatdırılması xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, biz nadir mənəvi irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngim mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.

Bu fikirləri AZƏRTAC-a pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.

O qeyd edib ki, Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaradıblar. Bütün çətinliklərə baxmayaraq, sənədlərə, mənbələrə, arxiv materiallarına çevrilən bu mədəniyyət nümunələri, çox təəssüf ki, siyasi mülahizələr ucbatından zaman və məkan axarında itib-batıb, elmi dövriyyədən uzaq düşüb.

Bakı və Yelizavetpol quberniyalarından sonra azərbaycanlıların daha sıx məskunlaşdığı ərazi İrəvan quberniyası olub. Bu bölgədə tarixən yaşayan soydaşlarımızın yaratdığı milli-mənəvi və maddi dəyərlər, məişət, ədəbiyyat, incəsənət, mətbuat, maarif və maarifçilik tarixi zəngin və çoxşaxəli Azərbaycanın ictimai-siyasi, mədəni-mənəvi, pedaqoji-psixoloji fikir tarixinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də tükənməz mənbə, etibarlı qaynaq və zəngin xəzinədir.

“Üləma, füzəla və şüəra” (F.B.Köçərli) yurdu kimi tanınan İrəvan şəhəri yarandığı gündən Azərbaycan xalqının mədəniyyət və mənəviyyat mərkəzinə çevrilib, həm xanlıqlar dövrünə kimi, həm də xanlıqlar dövründə Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olub.

İrəvan şəhəri Rusiyanın işğalından sonra qısa bir vaxtda ictimai-siyasi, ədəbi-bədii və pedaqoji fikrin mərkəzinə çevrilib, iqtisadi-mədəni inkişafı, infrastrukturu və sənaye potensialı ilə Cənubi Qafqazda öncül yerlərdən birinə sahib olub. Əvvəl İrəvan vilayətinin, sonra isə İrəvan quberniyasının mərkəzi şəhəri olub. 1918-ci ildə isə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistan Respublikasının paytaxtına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyir ki, “İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımından da bu, bizim torpağımızdır”.

Prezident İlham Əliyevin qədim Azərbaycan şəhəri olan İrəvan şəhərinin tarixi taleyi haqqında irəli sürdüyü fikirlər obyektiv reallıqları əks etdirməklə, tarixi mənbələrə və arxiv sənədlərinə əsaslanır.

İrəvan xanlığının ərazisində tarixin yaddaşına çevrilmiş yüzlərlə maddi-mədəniyyət, memarlıq və incəsənət abidələri - məscidlər, türbələr, epiqrafik abidələr, qoç heykəlləri, təsviri və dekorativ tətbiqi sənət nümunələri olmuşdur. Çox təəssüf ki, həmin abidələr Rusiya imperiyası tərəfindən İrəvana köçürülən ermənilər tərəfindən ya vəhşicəsinə dağıdılaraq yer üzündən silinmiş, ya da özününküləşdirilmişdir.

Dövlətimizin başçısının dediyi kimi, “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır”.

İrəvan şəhərində və ümumiyyətlə, İrəvan quberniyasında zəngin və çoxşaxəli mənəvi mədəniyyətin, təhsil-tərbiyə mədəniyyətinin və ədəbi-bədii mühitin formalaşmasında Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbülqasım İrəvani, İsasultan, Əbülfət, Məhəmməd və Hüseyn Şahtaxtinskilər, Axund Məmmədbağır Qazızadə, Mirzə Məhəmmədvəli Qəmərlinski, Mirzə Əli Qəmərlinski, Abbas Məhəmmədzadə, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Pənah xan Makinski, Rəşid bəy İsmayılov, İbrahim Novruzov, Əlixan İrəvanski, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Eynəli bəy Sultanov, Mirzə Cabbar Məmmədzadə və digər yüzlərlə işıqlı zəka sahiblərinin müstəsna xidmətləri olub.

Onlar Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində maarifin və maarifçiliyin inkişafında müstəsna xidmətlər göstərib, pedaqoji hərəkatın yeni müstəvidə inkişafına və ictimai mühitin formalaşmasına təkan verib, həm ənənəvi məktəb və mədrəsələrin, həm də üsuli-cədid məktəblərinin açılmasına, təhsilin məzmununun təkmilləşdirilməsinə, ana dilində dərsliklərin nəşrinə, məktəbyaşlı uşaqların dünyəvi təhsilə (qəza məktəbləri, progimnaziya, gimnaziya, realni məktəb, rus-tatar məktəbi və s.) cəlb edilməsinə, yaşlı əhalinin savad almasını nəzərdə tutan cümə məktəblərinin, teatr truppasının və mətbuat nümunələrinin (“Lək-lək”, “Bürhani həqiqət” və b.) yaradılmasına nail olmaqla millətin mənəvi inkişafını və tərəqqisini təmin ediblər.

Çar Rusiyasının işğalından sonra Cənubi Qafqazda inzibati-ərazi bölgüsü tez-tez dəyişib, Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsi siyasi sərhədlərimizdən kənarda qalıb. İrəvan və Təbriz bir-birindən və həm də Bakıdan ayrı düşüb. Buna baxmayaraq, milli mədəniyyətimizin bütövlüyü, kökə bağlılığı, maarifin və maarifçiliyin inkişafında qarşılıqlı yaradıcılıq əlaqələri qırılmayıb, əksinə, mənəvi bağlılıq daha da möhkəmlənib. İrəvanda üsulicədid hərəkatının yayılmasına, rus-tatar məktəblərinin açılmasına, dünyəvi məktəblərin şəbəkəsinin yaradılmasına, zəruri tədris ədəbiyyatının hazırlanmasına, maarifin və maarifçiliyin inkişafına Bakı və Təbriz ziyalıları dəyərli töhfələr verib.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan soydaşlarımızın orada yaratdığı maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, dövlətçilik ənənələrinin öyrənilməsinin, tədqiq və təbliğ olunmasının hazırkı dövrdə çox mühüm əhəmiyyəti var.

Bu, hər şeydən əvvəl, Ermənistan adlanan təcavüzkar dövlətin son 30 ildə apardığı yalan və böhtan siyasətinə cavab olaraq onun özünün uydurma tarixinə yenidən baxılmasını tələb edir.

Digər tərəfdən, bu, həm də Azərbaycan tarixinin mühüm bir mərhələsinin, siyasi sərhədlərimizdən kənarda qalan torpaqlarımızda (İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz) millətimizin əsrlər boyu yaratdıqları maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, dövlətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsidir.

Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi strateji hədəflərə yaxınlaşmaq məqsədilə indiki Ermənistan ərazisində xalqımızın əsrlər boyu yaratdığı maddi-mənəvi irsə sahib çıxmaqla tarixin yaxın zamanlarda bizə bəxş edəcəyi fürsətdən (o gün mütləq olacaq!!!) yararlanmağa hazır olmalıyıq.

 

 

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb