QEYRİ-DÖVLƏT SEKTORU SÜRƏTLƏ İNKİŞAF EDİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızda cari ilin əvvəlindən bəri istehsal olunan ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 74 faiz olmuşdur. Həmin müddətdə istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artmışdır. Kiçik və orta sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, onun inkişafı üçün əlverişli münbit şərait yaradılması, güzəştli kreditlər ayrılması və digər imtiyazlar bu inkişafı şərtləşdirən amillərdir.