İQTİSADİYYAT
Qeyri-neft-qaz sektoru üzrə vergi daxiolmalarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində xüsusi çəkisi artıb
Bakı, 12 fevral, AZƏRTAC
Qeyri-neft-qaz sektoru üzrə vergi daxiolmalarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində xüsusi çəkisi qismən artıb və 2019-cu ildəki 51,2 faizdən 2020-ci ildə 52,6 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti rəisinin müavini, xidmət rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli deyib.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxiolmalarının artım səbəbləri barədə danışan O.Nəzərlinin sözlərinə görə, əsas vergi növlərindən mənfəət vergisinin 12 faiz, fiziki şəxslərin gəlir vergisinin 21 faizinədək, aksizlərin isə 2 dəfə artdığı qeyd olunmaldır. 2020-ci ildə aksiz vergisi üzrə daxilolma 2017-ci illə müqayisədə 18 dəfə artıb. Bu daha çox vergi inzibatçılığının keyfiyyətinin artırılması sahəsində görülən tədbirlər hesabına bu sektorda şəffaflaşma və dövriyyələrin “ağarması” proseslərinin nəticəsi hesab edilə bilər. Qeyri-neft-qaz sektoru üzrə vergi daxiolmalarında ən yüksək xüsusi çəkilərin birinə malik ticarət sahəsindən daxilolmalarda 17 faizə yaxın, qeyri-neft sənayesindən isə 9 faizdən çox artım qeydə alınıb. Pərakəndə ticarətdə daxilolmaların təqribən 7 faiz azalmasına baxmayaraq, topdansatış sahəsində 33 faizdən çox artım müşahidə edilib.