QİÇS PLANETDƏ SÜRƏTLƏ YAYILIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Yer kürəsində QİÇS-in (qazanılmış immun çatışmazlığı sindromu) yayılmasının vəziyyəti haqqında illik hesabat dərc etmişdir. Hesabatda deyilir ki, 2005-ci ilin sonuna olan məlumata görə, dünyada İÇV-yə (immun çatışmazlığı virusuna) yoluxmuş təxminən 40,3 milyon xəstə var. Onların 4,9 milyonu bu virusa cari ildə yoluxmuşdur. 2005-ci ildə epidemiya dünyada 3,1 milyon adamın ölümünə səbəb olmuşdur. Virus daşıyıcılarının üçdə ikisi, o cümlədən qadınların ümumi sayının 77 faizi Afrikada, Böyük Səhra rayonunda yaşayır. İÇV daşıyıcılarının hər 10 nəfərindən yalnız biri müayinədən keçmiş və bu xəstəliyə yoluxduğundan xəbərdardır.
2004-cü ildə 15 milyona yaxın uşaq QİÇS üzündən ya bir, ya da hər iki valideynini itirmişdir. Onların əksəriyyəti Afrikada yaşayır. 2010-cu ilədək yetim qalan uşaqların sayını azaltmağın mümkün olmayacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
- 12.11.2026 [14:53]
Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb
- 12.11.2026 [14:47]
Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib
- 12.11.2026 [14:41]
Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ VİDEO
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]