CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Türkiyənin İstanbul şəhərində “ISO 22000-Qida təhlükəsizliyinin idarəetmə sistemi” mövzusunda keçirilən beşgünlük təlimdə iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, təlimdə “Qida təhlükəsizliyi idarəetmə sisteminin sənədləşməsi” və “Qida təhlükəsizliyi idarəetmə sistemində daxili yoxlama” mövzuları müzakirə olunub.
Tədbir çərçivəsində Türk Standartları İnstitutunun (TSE) Qida laboratoriyasının müdiri Meriç Karacan ilə görüşən AQTİ-nin əməkdaşları biogenetik və qida laboratoriyasının fəaliyyəti ilə də tanış olublar.
Təlimdə iştirakçılara balın tərkibi, 112 sayda müxtəlif növ pestisidlərin və aflotoksinin miqdarını müəyyən edən, həmçinin qida məhsullarının tərkibində proteinin, nitrat, nitrit kimi birləşmələrin və digər analizlərin aparılmasında istifadə olunan cihazlar haqqında nəzəri və praktiki məlumatlar verilib.
Təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.