Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə

Hörmətli Almazbek Şarşenoviç, 

Sizi və bütün Qırğızıstan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan xeyirxah dostluq və qarşılıqlı dəstək ənənələri Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da etibarlı təməl olacaq.

Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Qırğızıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 avqust 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin