ELM VƏ TƏHSİL
Qırğızıstan nümayəndə heyəti STEAM sinifləri ilə tanış olub
Bakı, 19 dekabr, AZƏRTAC
Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın şagird-müəllim heyəti ölkəmizə səfər çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyi ziyarət edib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı qonaqlar müəssisənin rəhbərliyi ilə görüşüb, STEAM sinifləri ilə tanış olub, məktəb şagirdlərinin hazırladığı konsert proqramını izləyib. Daha sonra nümayəndə heyəti ADA Universitetində olub. Qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı və tələbələr üçün yaradılan şərait haqqında məlumat verilib.