Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏSKƏR AKAYEVƏ

Hörmətli Əskər Akayeviç,

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müstəqillik əldə etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün geniş imkanlar açılmışdır.

Bu gün ölkələrimizin ikitərəfli qaydada, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı, qarşılıqlı dəstəyi böyük məmnunluq doğurur.

Əminəm ki, əlaqələrimizi bütün sahələrdə genişləndirmək üçün göstərdiyimiz qarşılıqlı səylər bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlır arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin