ELM VƏ TƏHSİL
Qırğızıstanın “İsık-kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirilir
Bakı, 6 iyun (AZƏRTAC). Qırğızıstanın “İsık-kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirilir.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, iyunun 7-də başa çatacaq konqresdə türk dünyasından və dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edir.
Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, Cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, Cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, Moskva Dövlət Universitetinin Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edirlər.
Konqresdə Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti kimi 3 il ərzində idarə heyətinin fəaliyyəti haqqında geniş məlumat vermişdir.