Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğızıstanın “Manasın səsi” teleradio şirkətinin direktoru Temirbek Toktoqaziyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi seçkilərdə inamlı qələbəniz və müstəqil Azərbaycanın Prezidenti vəzifəsinə yeni müddətə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qırğız xalqının üç oğul haqqında belə bir deyimi var: birinci oğul – adi, heç kimə ziyan vurmadan yaşayan oğuldur; ikinci oğul – ataya bərabər oğuldur, belə oğul haqqında xalq arasında deyirlər: "Əhsən, atasını pis vəziyyətdə qoymadı, heç kəsin qarşısında rüsvay etmədi"; nəhayət üçüncü oğul – atasını ötüb keçən oğuldur, belə insan haqqında "Öz xalqının oğlu" deyirlər. Mən Sizin simanızda öz xalqının oğlunu, öz xalqının istəklisini görürəm. Siz əzəli torpaqlarınızın geri qaytarılmasında cəsarət nümayiş etdirmisiniz və zəfər qazanmısınız.

Biz Sizin atanız, bütün Türk dünyasında, eləcə də bərəkətli Manas torpağında bu yaxınlarda 100 illiyi qeyd edilən, Azərbaycana öz xalqının oğlunu bəxş edən Heydər Əlirza oğlu Əliyevlə fəxr edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli prezidentlik fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Temirbek Toktoqaziyev

Qırğızıstanın "Manasın səsi" teleradio şirkətinin direktoru,

yazıçı, “Atatürk” mükafatı laureatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin