Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi təbrik edirəm, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, Azərbaycan xalqının daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Həmçinin bütün Azərbaycan xalqını uzun müddət can atdığı hədəfinə çatmasını mümkün edən və Azərbaycan Respublikasının beynəlxalq hüququn normalarına və ədalət prinsiplərinə sadiqliyini möhkəmləndirən böyük tarixi Qələbə münasibətilə təbrik edirəm.

Bu tarixi anda Azərbaycan xalqının və bizim hamımızın xatirəsini daim yad etdiyimiz dahi Heydər Əliyevi xatırlamaq istəyirəm. Hörmətli cənab Prezident, Siz Ali Baş Komandan olaraq bu taleyüklü dönəmdə tarix yazdınız və ətrafınızda sıx birləşən Azərbaycan xalqı üçün böyük bir qəhrəmana çevrildiniz. Cənab Prezident, dünyada bənzəri olmayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə görə Sizə minnətdarlığımı bildirirəm.

Qırğızıstan və Azərbaycan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dilini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Əminəm ki, Sizin səylərinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək.

Ən xoş arzularla,

 

Comart Otorbayev

Qırğızıstanın sabiq Baş naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin