İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ölkənin bütün emitentləri haqqında vahid məlumat bazası yaradacaqdır
Bakı, 21 aprel (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin bütün emitentləri haqqında vahid məlumat bazası yaradacaqdır.
Bu fikirləri QKDK-nın qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev KİV nümayəndələri üçün təşkil edilən "Açıq qapı" günündə demişdir.
Şöbə müdiri qeyd etmişdir ki, komitə müntəzəm olaraq qiymətli kağızların buraxılması haqqında məlumat dərc edir. Biz bu məlumatların vahid bazasını yaradırıq və bu məlumatlar komitənin saytında yerləşdiriləcəkdir. Bazada emitentlər, onların buraxdığı kağızlar, kağızların nominal dəyəri və s. haqqında məlumatlar da yer alacaqdır. Bununla bağlı komitə daxilində müvafiq işlər görülür.
Hazırda Azərbaycanda 2 min emitent fəaliyyət göstərir.