Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qlobal iqtisadiyyat–2016: nikbin və bədbin ssenarilər

Adətən ekspertlər geosiyasi trendlərlə bağlı proqnozlar verməyi sevirlər. Lakin bunun fonunda iqtisadi sistemin transformasiyasının da ciddi əhəmiyyət daşıdığını vurğulayırlar. Bu il dünya miqyasında iqtisadi sahədə hansı proseslərin gözlənildiyi barədə analizlər bu kontekstdə çox maraqlıdır. Mütəxəssislər böyük iqtisadi gücə malik dövlətlərin fərqli mənzərələrlə üzləşə biləcəyini təxmin edirlər. Onlar bir qrup ölkənin inkişafının zəifləyəcəyi, digərlərinin isə müsbət nəticələr əldə edəcəyindən, BRİKS-ə daxil olanların uduzanlar sırasında olacağından yazırlar. Buna rəğmən, ABŞ, Hindistan və İranın inkişaf üçün şanslarının az olmadığını deyirlər. Bu bölgünün şərti olduğunu vurğulayan ekspertlər əsas məsələnin dünya üzrə ümumi iqtisadi trenddən ibarət olduğunu qeyd edirlər. Həmin aspektdə həqiqətən olduqca maraqlı və düşündürücü məqamları seçmək olar. Onların prizmasından indi müşahidə olunan qlobal iqtisadi və maliyyə proseslərinin mahiyyətini daha yaxşı anlamaq mümkündür.

İki qrup: udanlar və uduzanlar

Ekspertlər dünya iqtisadi sistemi üçün 2016-cı ilin asan il olmayacağını proqnozlaşdırırlar. Bir tərəfdən xammalların qiyməti aşağı olaraq qalacaq, digər tərəfdən isə qlobal ticarətin həcmi cüzi artacaq. Ancaq maraqlıdır ki, bu neqativ tendensiyanın dünyanın bütün ölkələrinin uduzan tərəf olacağı anlamına gəlmədiyini də vurğulayırlar. Konkret desək, mütəxəssislər qlobal miqyasda iqtisadi balansın yeni dinamika alacağı tezisini irəli sürürlər.

Bu halda, avtomatik olaraq, böyük iqtisadiyyatlara malik olan ölkələrdən hansılarının daha perspektivli olması məsələsi aktuallaşır. Bununla bağlı da konkret proqnozlar verilir. Belə hesab edilir ki, Rusiya, Braziliya və Çin uduzan tərəf, ABŞ, İran və Argentina isə qazanan tərəf olacaq (bax: məs., Петр Орехин. Россия среди проигравших/"Газета.Ру", 4 yanvar 2016).

Əvvəlcə onu qeyd edək ki, bu, mütləq deyil, lakin qlobal miqyasda özünü göstərə biləcək tendensiyalardan birinə uyğun gələ bilər. Çünki adı çəkilən dövlətlər dünya miqyasında iqtisadi potensialının böyük olduğu qəbul edilənlərdir. Təbii ki, burada Avropa dövlətlərinin, Türkiyənin, Hindistanın və Yaponiyanın nəzərə alınmaması da qüsurdur. Bununla yanaşı, böyük iqtisadiyyata malik ölkələrin 2016-cı ildəki rəqabət gücü və kimlərin daha çox uğur qazana biləcəyi aspektində maraqlı müqayisədir.

Ekspertlər neftin qiymətinin aşağı düşməsinin daha çox Rusiya iqtisadiyyatına zərər verəcəyini təxmin edirlər. Artıq bunun əlaməti özünü göstərməkdədir. Rəsmi Moskva "bütün variantlara hazır olmağı" məsləhət bilir. İqtisadçı Vladislav İnozemtsev hesab edir ki, Kreml bir neçə il bundan əvvəl yaranmış əlverişli fürsətdən iqtisadiyyatı diversifikasiya etmək və texnologiyaları inkişaf etdirmək üçün istifadə edə bilmədi. Nəticədə, Rusiyanın 2016-cı ildə vəziyyəti kardinal dəyişmək şansının olmadığını demək mümkündür.

Tanınmış iqtisadçının bu fikrini "Sberbank"ın sədri German Qref "Qaydar Forumu"nda təsdiq edib. O, Rusiyanın dünya iqtisadiyyatında rəqabəti uduzduğunu və bunun bir sıra səbəblərinin olduğunu açıq bildirib (bax: Герман Греф назвал Россию страной-дауншифтером/"Rusnovosti.ru", 15 yanvar 2016).

Rusiyanın İqtisadı İnkişaf Nazirliyinin proqnozları da 2016-cı ildə ölkədə sosial-iqtisadi durumun ürəkaçan olmayacağını göstərir. Belə ki, bu il RF-nin Ümumi Daxili Məhsulu 0,8% azalmalı, ilin sonuna yaxın inflyasiyanın səviyyəsi 8,5% olmalıdır (bax: Андрей Полунин. Россию накроет волна бедности/"Свободная Пресса", 16 yanvar 2016). Bu proqnozlar, təbii ki, Rusiyanın iqtisadi perspektivlərinin yüksək olmadığını və qlobal iqtisadiyyatda onun rolunun azala biləcəyini ifadə edir.

Ekspertlər Braziliya üçün də çətin zamanların gəldiyini vurğulayırlar. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2016-cı ildə bu ölkədə ÜDM 2,5% azalacaq. İşsizlərin sayının artması gözlənilir. Kreditləşmədə, inşaat sektorunda mürəkkəb vəziyyət yaranıb. Braziliyanın neft nəhəngi "Petrobras"da korrupsiya qalmaqalı isə sərmayə qoyuluşuna ciddi zərbələr vurub (bax: Петр Орехин. Россия среди проигравших/"Газета.Ру", 4 yanvar 2016).

Çin iqtisadiyyatı isə formal olaraq böhran vəziyyətində deyil. Bu il ÜDM 6,8% artmalıdır. Ancaq bu, 1990-cı ildən bu yana ən aşağı göstəricidir. Ölkənin xarici ticarət dövriyyəsi azalır. Dövlət sektorunda kifayət qədər borc yığılıb. Maliyyə və daşınmaz əmlak bazarlarında süni "sabun köpükləri" meydana gəlib. Sənayenin inkişafında problemlər vardır. "Citigroup"un baş iqtisadçısı Villem Buter hesab edir ki, Çin iqtisadiyyatı "dövri sərt düşüşlər" mərhələsinə keçib və bu, bir müddət davam edəcək. Bütövlükdə iqtisadiyyat ixracat strategiyasından daxili tələbatı ödəmək kursuna keçməkdədir ki, həmin proses də ciddi çətinliklərlə müşayiət olunur. O cümlədən qlobal iqtisadiyyata mənfi təsirlər artır (bax: əvvəlki mənbəyə).

Orta sinfin qeybi: yeni iqtisadi reallığın bir əlaməti

Bununla BRİKS-ə daxil olan üç ölkənin 2016-cı ildə iqtisadi tənəzzülü proqnozlaşdırılır. Lakin həmin qrupda yer alan Hindistan iqtisadiyyatında müsbət dəyişiklərin olacağı təxmin edilir. Belə ki, onun ÜDM-i 7%-dən çox olmalıdır ki, bu da dünyada birinci göstəricidir. Ancaq "JP Morgan"ın strateqi Endrü Mouetin qənaətinə görə, Hindistanın Mərkəzi Bankının yeritdiyi pul siyasəti onun dünya liderinə çevrilməsinə əngəl törədir (bax: əvvəlki mənbəyə).

Hindistanla yanaşı, ekspertlər İran və Argentinanın da 2016-cı ildə iqtisadi inkişafa nail olmaq şansının olduğunu vurğulayırlar. İran ÜDM-i bu il 4-5,5% arta bilər. Sanksiyaların aradan qaldırılması onun iqtisadi imkanlarını xeyli genişləndirəcək. Argentina isə iqtisadi sistemində liberallaşmaya üstünlük versə, daxildə bəzi islahatlar həyata keçirsə və ABŞ-ın dəstəyini ala bilsə 2016-cı ildə müsbət nəticələr əldə edə biləcəkdir.

Nəhayət, ABŞ iqtisadiyyatında pozitiv proseslərin sürətlənməsi gözlənilir. Ölkənin ÜDM-i 2,5% artmalıdır ki, bu da yüksək inkişaf etmiş dövlətlər sırasında ən yaxşı göstəricidir. İşsizlik faizi aşağı düşməlidir. Dollar digər dünya valyutalarına nisbətən daha da güclənməlidir. İqtisadiyyatda yüksəliş davam etməlidir. Panama kanalının üçüncü xəttinin istifadəyə verilməsi xarici ticarət üçün yeni imkanlar açacaqdır. Amerika 2016-cı ilə Transatlantik əməkdaşlığı gücləndirmək fikrindədir ki, bu da müsbət yeniliklərə səbəb ola bilər.

Neft ixracatına qoyulan qadağanın aradan qaldırılması isə büdcəyə əlavə gəlirlərin daxil olmasını şərtləndirəcək. ABŞ konqresmenləri bu hadisəyə böyük önəm verirlər. Onlar Rusiya, İran və Səudiyyə Ərəbistanını dünya enerji bazarında sıxışdıra biləcəklərini deyirlər (bax: "Мы вытесним российскую, иранскую и саудовскую нефть" проигравших/"Газета.Ру", 16 dekabr 2015).

Belə çıxır ki, 2016-cı ildə qlobal iqtisadi rəqabət daha da güclənə bilər. Bir daha vurğulamaq yerinə düşərdi ki, vəziyyət heç də yuxarıda adları çəkilən dövlətlərdən asılı deyil. Seçim şərtidir. Lakin dünya miqyasında iqtisadi trendlərin məzmunu baxımından əhəmiyyətli müqayisələrdir. Burada digər dövlətlərin də ciddi rəqabətə hazırlaşdığını nəzərə alsaq, daha mürəkkəb mənzərə formalaşmış olar. Həmin aspektdə mütəxəssislərin vurğuladığı bir məqamı da xatırlamaq yerinə düşərdi.

Hesab edilir ki, 2016-cı ildə dünya miqyasında orta sinfin zəifləməsi tendensiyası davam edəcək. Bu o deməkdir ki, həmin təbəqədən bir qisim daha varlı təbəqəyə, digəri isə kasıblar tərəfə keçməli olacaq. Bu prosesi bəzi ekspertlər "orta sinif dövrünün sonu" kimi qiymətləndirir (bax: məs., Петр Орехин. Россия среди проигравших/"Газета.Ру", 4 yanvar 2016). Doğrudur, planetdə zəngin insanların sayı artır, lakin müasir cəmiyyətlərin dayağı sayılan orta sinfin zəifləməsi yeni iqtisadi reallıq əlaməti kimi müəyyən çətinliklər yarada bilər. Statistik məlumata görə, hazırda dünyada 2,4 milyard adam gündə 2 ABŞ dollarından çox xərcləyə bilmir. Bu, yaxşı göstərici sayılmır (bax: əvvəlki mənbəyə). Ekspertlər onun sosial-siyasi və mənəvi təsirlərindən ehtiyat edirlər.

Bunların fonunda daha bir məqamı da vurğulamaq gərəkdir. Müstəqilliyini əldə etmiş ölkələrdə milli valyutaların devalvasiyası və inflyasiyanın güclənməsi gözlənilən bir hadisə kimi qəbul olunmalıdır. Dünyanın ən böyük iqtisadi gücləri və cəmiyyətləri belə çətinliklərlə qarşı-qarşıyadırlarsa, başqaları bundan necə sığortalana bilərlər? Əksinə, bütün mürəkkəbliklərə və qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycanda iqtisadi vəziyyətin nəzarətdə saxlanması ciddi şansdan xəbər verir. Ölkə rəhbərliyinin islahatlar planını həyata keçirməyə başlaması isə yeni uğurlu mərhələnin başlanğıcı ola bilər. Bütün hallarda cəmiyyətin baş verən proseslərə təmkinli və səbirli yanaşmasında fayda vardır. Azərbaycan 2016-cı ildə "daunşifterlər" ("öznəqapanmış", inkişaf tempi minimuma enmiş) yox, uğurlu ölkələr sırasında olacaq. Buna qətiyyən şübhə etmirik.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub