Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qocaman elm ocağı

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun 90 illik yubileyi ərəfəsində

Bakı, 19 oktyabr, AZƏRTAC

Noyabr ayında Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun (AzDƏMTTETİ) yaranmasının 90 illiyi tamam olacaq. Yubileylə əlaqədar olaraq institut bir sıra silsilə tədbirlər işləyib hazırlayıb. Belə ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə geniş elmi-praktiki konfrans keçirilməsi, təhlükəsizlik və diaqnostika sərgiləri nümayiş etdirilməsi nəzərdə tutulur.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktor müavini Natiq Seyidəhmədovun “Qocaman elm ocağı” məqaləsini təqdim edir.

Bu gün dünyanın enerji xəritəsində mühüm yer tutan Azərbaycanın neft sənayesi böyük inkişaf yolu keçib. Tarixi tədqiqatlara görə, dərinliyi 35 metr olan ilk quyunun 1594-cü ildə qazıldığı Abşeron yarımadası XIX əsrdə regionda neft sənayesinin mərkəzinə çevrilib. XX əsrin əvvəllərində Abşeronda neft quyularının qazılması, neftin hasili, nəqli və emalı işləri bir sıra təhlükəli məqamlarla müşayiət olunurdu. Fəhlələrin quyularda zəhərlənməsi, mədənlərdə yanğınların baş verməsi sahibkarları düşünməyə vadar edirdi.

Yeni qurumun yaradılması zərurəti

Çıxış yolu haradadır? Bu sual uzun müddət sənayenin bütün sahələrində işləyən mühəndis texniki personalı, müəssisə rəhbərlərini və ictimaiyyəti düşündürüb. Təhlükəsizlik məsələlərinə fərdi yanaşma, hər hansı qərar və ya tapşırıq real nəticə verə bilməzdi. O dövrdə baş verən hadisələr təhlil edildi və onların qarşısının alınması üçün yeni bir qurumun yaradılması zərurəti ortaya çıxdı.

SSRİ Xalq Komissarları Şurasının 1928-ci il 23 noyabr tarixli qərarına əsasən təhlükəsizlik texnikası üzrə Bakı Elmi-Tədqiqat İnstitutu yaradıldı. İlk illərdə fəaliyyəti əsasən sanitar-sənaye xarakterli tədbirlərin işlənməsinə yönəldilmiş institut təhlükəsizlik texnikası məsələləri ilə ötən əsrin 30-cu illərinin ortalarından məşğul olub.

Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə qısa nəzər

Neft sənayesində əmək xəsarətinin qarşısının alınması məqsədilə texniki təhlükəsizlik məsələlərinin elmi cəhətdən işlənilməsi və istehsalata gündəlik praktiki yardım göstərilməsi üçün Xalq Komissarlığının 1944-cü il 24 iyun tarixli əmrinə əsasən Bakı Elmi-Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (ÜTTETİ) yaradıldı. İnstitutda 5 şöbə və 5 laboratoriya fəaliyyət göstərirdi. Onun ən mühüm fəaliyyət istiqamətlərindən biri neft hasilatı və emalı müəssisələrinin təhlükəsizlik qaydalarının, neft sənayesində elektrik qurğu və cihazlarının istismarı üzrə qaydaların tərtib edilməsi idi. Bu qaydaların tətbiqi qəzaların qarşısını almağa, travmatizmin səviyyəsinin aşağı düşməsinə böyük təsir göstərirdi. İnstitut bir qədər sonra maşınqayırma zavodlarında və dağ-mədən müəssisələrində təhlükəsizlik texnikası məsələləri ilə də məşğul oldu. Ötən əsrin 50-60-cı illərində ÜTTETİ bir sıra qurumların, o cümlədən Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, Xalq Təsərrüfatı Şurası, SSRİ Nazirlər Sovetinin Yanacaq Sənayesi üzrə Dövlət Komitəsi, Kimya və Neft Sənaye Dövlət Komitəsi, Neft hasilatı sənayesi Dövlət Komitəsi və SSRİ Neft Hasilatı Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərib. İnstitutda sərgilər və yarmarkalar üzrə daim fəaliyyət göstərən Şura, patentləşdirmə qrupu yaradılıb, onun təsərrüfat hesablı filialı kimi Xüsusi Konstruktor bürosu təşkil edilib.

1964-cü ildə İnstitut SSRİ-də, həmçinin Qarşılıqlı İqtisadi Yardım Şurasının xətti ilə bütün neft sənayesində elmi–tədqiqat işlərini əlaqələndirən texniki təhlükəsizlik məsələləri üzrə baş təşkilat olub. Onun fəaliyyəti sayəsində neft-maşınqayırma sahəsində avadanlığın unifikasiya edilməsinin əsası qoyulub, "Neftqazçıxarma avadanlıqlarının əsas növlərinin istismarı üzrə vahid təhlükəsizlik texnikası normaları" hazırlanıb. "Tengiz-neft-qaz", "Embaneft", "Kaspianqazmaneft" və digər istehsalat birlikləri üçün 50-dən artıq normativ sənəd işlənilib. Elmi-tədqiqat, eksperimental işlərə baxılması, müzakirəsi və qiymətləndirilməsi üçün direktorun yanında Elmi şura fəaliyyət göstərib.

Uğurlu nəticələr

ÜTTETİ-nin layihələndirdiyi işlərin istehsalata tətbiqi sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına, maddi səmərə ilə yanaşı, istehsalat zədələnmələri və peşə xəstəliklərinin sayının nəzərəçarpan dərəcədə azalmasına səbəb olub. İnstitut tərəfindən hazırlanan normativ-texniki sənədlər işçilərin biliyinin artmasına, istehsalat intizamının möhkəmlənməsinə, proqressiv və təhlükəsiz iş növlərinin tətbiqinə imkan yaradıb.

İnstitutun 50-dən çox konstruktor layihəsi Neft sənayesi və Kimya sənayesi nazirlikərinin zavodlarında seriyalı istehsalı həyata keçirib və tətbiq edilib. Bundan əlavə, ÜTTETİ-nin seriyalı istehsal edilən bir neçə avadanlığı xarici ölkələrə - Əfqanıstan, Banqladeş, Vyetnam, İngiltərə, Somali və Yəmənə ixrac edilib.

ÜTTETİ-nin apardığı işlərin elmi-texniki səviyyəsi ixtiralara verilən ərizələrin və alınan müəlliflik şəhadətnamələrinin sayı ilə xarakterizə olunurdu. 70-ci illərdə qurum tərəfindən 45 müəlliflik şəhadətnaməsi və ehtimal olunan ixtiraya görə müsbət rəy alınmışdı. İnstitut SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Neft sənayesi" pavilyonunda 15 layihə işini nümayiş etdirib, sərginin gümüş və bürünc medallarına layiq görülüb.

İnstitutun səyyar sərgisi SSRİ-nin neft rayonlarında nümayiş etdirilib. Onun muzeyi respublikada neft sənayesinin tarixini əks etdirən yeni eksponatlarla zənginləşdirilmişdi.

Müstəqillik illərində

Müstəqilik dövründə elm ocağı Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin tabeliyində olmaqla Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) adı altında fəaliyyət göstərməyə başlayıb. Sonralar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tərkib hissəsi olan AzDƏMTTETİ 2005-ci ilin sonundan Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil edilib. Son 25 ildə onun əməkdaşları ixtiraya görə 260-dan artıq müəlliflik şəhadətnaməsi və patentlər alıblar. Onlar tərəfindən hazırlanmış 600-ə yaxın monoqrafiya, kitab, kitabça və məqalələr xaricdə maraqla qarşılanır. İnstitutun bir çox layihələri Əlcəzair, Əfqanıstan, Yəmən, Somali, İraq, Monqolustan, Banqladeş, Kuba və Maliyə ixrac edilib, qazma işlərində təhlükəsiz (dağıdıcı olmayan) sınaq üsulu isə Hindistanda və Vyetnamda müvəffəqiyyətlə tətbiq olunub.

AzDƏMTTETİ-də kadr hazırlığı və yerləşdirilməsi üzrə kompleks tədbirlər hazırlanaraq mərhələlərlə həyata keçirilir.

Elmi-tədqiqat işləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müasir tələblərə cavab verən avadanlıq və cihazlar alınıb, institut ilə bağlanılmış müqavilələr çərçivəsində neft və qazçıxarma sahəsində, xüsusilə də dəniz obyektlərində baş verə biləcək bütün qəza növlərinə dair operativ xəbərdarlıq, qəzanın ləğvi və işçilərin təxliyə edilməsi üzrə əlaqələndirilmiş və operativ fəaliyyət, rəhbərlik və təşkilatçılıq funksiyalarının dəqiq yerinə yetirilməsi qaydalarını əks etdirən təlimatların işlənilməsi mövzusu üzrə işlər davam etdirilir.

Maarifləndirmə və monitorinq

İnstitutda maarifləndirmə işlərinə diqqət artırılır. Müəssisə, təşkilat və obyektlərdə rəhbər işçi və mütəxəssislərin texniki təhlükəsizlik barədə biliklərinin təkmilləşdirilməsi və yoxlanması üzrə tədris kursları təşkil edilir.

AzDƏMTTETİ-nin araşdırmaları sayəsində məlum olub ki, beynəlxalq təcrübəyə əsasən texniki təhlükəsizliyin təmin olunması üçün avtoçənlərin yuyulması, deqazasiya olunması və zəruri diaqnostik işlərinin aparılmasında yuma-deqazasiya kompleksləri fəaliyyət göstərir. İnstitutun əməkdaşlarının daxili imkanlar hesabına kənar təşkilatların mütəxəssisləri ilə birgə apardığı işlərin nəticəsində belə bir kompleks layihə olunub, dəstləşdirici hissələr alınaraq qısa müddətdə tikinti-quraşdırma işləri aparılıb.

Hər il 30-dan çox 2-ci sinfə aid mayeləşdirilmiş təbii qaz və 400-dən çox 3-cü sinfə aid neft məhsulları daşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsi aparılır. Beləliklə, təhlükəli yüklərin daşınmasında beynəlxalq normaların tələbinə uyğun texniki təhlükəsizliyin təmini istiqamətində mühüm addım atılıb.

Qocaman elm ocağı zəngin təcrübəsini əsirgəmir

Son 10 ildə elmi-tədqiqat, elmi-texniki ekspertiza üzrə ümumi iş həcmi 3,5 dəfədən çox və institutda çalışan əməkdaşların sayı 2 dəfəyə yaxın artıb.

Qocaman elm ocağında uzun illər işləyən bir çox mütəxəssislər öz zəngin təcrübələrini gənc nəslə çatdırır. İnstitutun kollektivi bu barədə Yulduz Babayevə, Leonid Veçxayzerə, Tofiq Quliyevə, Rəsul Rəhimova, Ələkbər Fiqarova, Almaz Rəhmanovaya, Xatirə Yusifovaya öz dərin minnətdarlığını bildirir.

Mövcud olduğu 90 il ərzində institut bir neçə laboratoriyadan başlayaraq, neft sənayesində, eləcə də sənayenin digər sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə elmi mərkəzə qədər uzun və mürəkkəb inkişaf yolu keçib.

AzDƏMTTETİ kollektivi insanların sağlamlığının və əmək qabiliyyətinin qorunub saxlanması üzrə əsas vəzifəsini yerinə yetirərək sənaye sahələrinin elmi-texniki inkişafına layiqli töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib